"Arsenal" "Çelsi"ni yarımfinaldan kənarlaşdırdı
Bizi izləyin

İdman

"Arsenal" "Çelsi"ni yarımfinaldan kənarlaşdırdı

Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis Mikel Artetanın yetirmələri yarımfinal mərhələsində "Çelsi"ni turnirdən kənarlaşdırmağı bacarıb.

Komandalar arasındakı cavab qarşılaşması "topçular"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün taleyini həll edən yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə almaniyalı hücumçu Kay Haverts rəqib qapısından keçirib.

Xatırladaq ki, tərəflər arasında baş tutan ilk oyunda da "Arsenal" səfərdə 3:2 hesablı qələbə qazanmışdı.

Finaldakı rəqib kim olacaq?

Turnirin digər finalçısı isə "Mançester Siti" və "Nyukasl Yunayted" cütlüyünün qalibi olacaq. Bu komandalar arasında keçirilən ilk görüşdə "şəhərlilər" 2:0 hesabı ilə qalib gəliblər. Cavab oyunu bu gün, fevralın 4-də Mançesterdə baş tutacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm