FIFA prezidentinin adı Ukraynanın "qara siyahı"sına düşdü
Bizi izləyin

İdman

FIFA prezidentinin adı Ukraynanın "qara siyahı"sına düşdü

FIFA Prezidenti Canni İnfantino "Myrotvorets" məlumat bazasına əlavə edilib.

Publika.az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

İnfantino, fevralın 2-də Rusiyaya qoyulan qadağanın istənilən nəticəni vermədiyini və buna görə də Rusiya komandalarının geri qayıtmasının nəzərdən keçirilməli olduğunu bildirib. Lakin daha sonra "The Times" qəzeti Avropa ölkələrinin tənqidləri ilə bağlı narahatlıqlar səbəbindən FIFA Şurasının rusiyalı oyunçuların yarışlara qatılmasına icazə verməyəcəyini bildirib.

Qeyd edək ki, sözügedən siyahıya "Ukraynanın milli təhlükəsizliyini təhdid edənlər" daxildir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm