İdman
Bu gözəl həm idman, həm də moda dünyasını fəth edir: O kimdir? - Fotolar
Milanda keçiriləcək Qış Olimpiya Oyunları-2026 ərəfəsində azarkeşlərin diqqəti yenidən müasir idmanın ən parlaq ulduzlarından birinə - fristaylçı Aylen Quya yönəlib.
Publika.az xəbər verir ki, 2022-ci ildə Pekində keçirilən Olimpiadada o, əsl sensasiya yaratmışdı. Biq-eyr, hafpayp və sloupstayl yarışlarında iki qızıl və bir gümüş medal qazanan Aylen həmin vaxt cəmi 18 yaşında idi və fristayl tarixində ən gənc olimpiya çempionu kimi tarixə düşmüşdü.

Aylen San-Fransiskoda doğulub böyüməsinə baxmayaraq, anasının vətəni olan Çini təmsil etmək qərarı vermişdi. Bu seçim ABŞ və Çində geniş müzakirələrə səbəb olsa da, onun yeni nəslin əsas idman simalarından birinə çevrilməsinə mane olmadı.
Bu gün Aylen Qu təkcə çempion deyil, həm də böyük kommersiya fenomenidir. "Forbes"in məlumatına görə, o, dünyanın ən çox qazanan idmançı qadınlarının "ilk beşliy"inə daxildir və illik gəliri 23 milyon dolları ötür. Gəlirinin əsas hissəsi "Porsche", "Louis Vuitton", "Red Bull", "IWC Schaffhausen" və digər nəhəng brendlərlə müqavilələrdən formalaşır.
.jpg)
Aylen model biznesində də fəaldır. O, "Victoria's Secret" və "Louis Vuitton" podiumlarında çıxış edib, dəb jurnallarının üz qabığını bəzəyib, həmçinin "Sports Illustrated" üçün çəkilişlərdə iştirak edib.
İdman və modadan əlavə, onun təhsili və intizamı da diqqət çəkir. Aylen Stenford və Oksfordda təhsil alıb, sosial şəbəkələrdə məşqlərini, şəxsi gündəliyindən qeydləri və peşəkar idmançı həyatının gündəlik anlarını paylaşır.

2026-cı il Olimpiadası öncəsi Aylen artıq qələbələrə qayıdıb. Ağır zədədən sonra hafpayp üzrə Dünya Kubokunun mərhələsini qazanıb. O bildirir ki, heç vaxt qalib olmamış kimi məşq edir və məhz bu yanaşma onu qarşıdakı oyunların əsas favoritlərindən birinə çevirir.
Aylen Qu idman böyüklüyünü, dünya şöhrətini və milyonlarla gənc üçün ilham mənbəyi olmağı bir arada cəmləşdirən nadir nümunələrdəndir.











.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
-
Nida Xəbər 18:30Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı: Nota verildi
-
Sosial17:50Baş nazirdən benzinlə bağlı qərar - Bu tarixdə qüvvəyə minəcək
-
Dünya16:36Epşteynin bütün sərvəti məlum oldu - Siyahı
-
ABŞ15:52Bayden bu tarixdə ölüb: Epşteyn sənədlərində görün nə yazılıb - Şok iddia
-
Maraq dünyası15:26Bu dəfə Günəşin əks bölgəsində güclü partlayış oldu: Yerə tərəf dönərkən...
-
Avropa13:06Yay tətili və dərs günləri azaldılır: Prezidentdən tövsiyə
-
MDB11:48Moskvada general güllələndi: "Vaqner"ə qarşı çıxmışdı
-
Nida Xəbər 11:27Bakıda müəllimin güllələndiyi "İdrak" liseyi görün kimindir - Foto


































