İdman
MY əfsanənin oğlu ilə bağlı bu qərarı verdi
“Mançester Yunayted” klubun əfsanəsi Ueyn Runinin oğlu Kay Runiyə yeni müqavilə təklif edib.
Publika.az xəbər verir ki, 16 yaşlı Kay bu mövsüm klubun U-18 komandasında məşq edir və oyunlarda çıxış edir. O, həmçinin “Old Trafford”da keçirilən Gənclər kuboku matçında debüt edib.
Məlumatlara görə, Kay “Mançester Yunayted”in birillik təqaüd təklif etdiyi 14 gənc futbolçudan biridir. Bu müqavilə onun 17 yaşı tamam olduqdan sonra illik təxminən 50 min funt-sterlinq dəyərində üçillik peşəkar sözləşməyə çevriləcək.
Runi ailəsi hələlik Kayın müqaviləni imzalayıb-imzalamayacağını təsdiqləməyib, lakin bu təklif onun atasının yolunu “Old Trafford”da davam etdirmək istiqamətində atdığı vacib addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Ueyn Runi 2004-2017-ci illərdə MY-nin formasını geyinib və bir müddət komandanın kapitanı olub.
Heybət
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın




































