Nida Xəbər
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.
Publika.az xəbər verir ki, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlər abidəsinin önünə əklil qoyulub.
Görüşdə komandanlar hər iki ölkənin HDQ-ləri arasındakı əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin təcrübə mübadiləsi və hərbi dənizçilərin peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Sonra Pakistan İslam Respublikasının Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşən kontr-admiral Ş.Məmmədov qəbula görə təşəkkürünü bildirib. Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Azərbaycanla Pakistan arasında hərbi sahədə əlaqələrin vacibliyi qeyd olunan görüşdə qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə dair əminlik ifadə edilib.
Pakistan Donammasının Komandanı vitse-admiral Abdul Muniblə görüşdən sonra HDQ komandanı bu ölkədə təhsil alan hərbi qulluqçularımızı ziyarət edib, onların təhsilləri ilə maraqlanıb.
Səfər çərçivəsində kontr-admiral Ş.Məmmədov Pakistanın gəmi təmiri müəssisələrində yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, HDQ komandanının qardaş ölkəyə səfəri hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın, hərbi təhsil və hərbi-texniki məsələlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?






.jpg)





.jpg)





















.jpg)



