Qış Olimpiya Oyunlarında israilli idmançıların fitə basılmasına belə reaksiya verdi
Bizi izləyin

İdman

Qış Olimpiya Oyunlarında israilli idmançıların fitə basılmasına belə reaksiya verdi

“Liqa” partiyasının lideri və İtaliya Baş nazirinin müavini Matteo Salvini Milan və Kortina d’Ampezzoda keçirilən 25-ci Qış Olimpiya Oyunlarının açılış mərasimində İsrail komandasının fitə basmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, “RİA Novosti Sport” Salvininin sözlərini sitat gətirib:

“Möhtəşəm bir mərasim idi, yeganə uyğunsuzluq İsrail idmançılarının paradı zamanı fitə basma idi. Onları fitə basanlar Olimpiya ruhunu tamamilə səhv başa düşdülər”.

Qeyd etmək lazımdır ki, Milandakı “San Siro” stadionunda tamaşaçılar ABŞ-ın vitse-prezidenti Ciy De Vensin ekranda görünməsini də fitə basıblar.

Oyunlarda ümumilikdə 116 medal dəsti oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm