İdman
Tayson: "Bizə yalan danışıblar, bu qidalar bizi öldürür..."
Keçmiş dünya çempionu Mayk Tayson ABŞ hökumətinin sağlam qidalanmanı təşviq edən kampaniyasında iştirak edib.
Publika.az xəbər verir ki, səhiyyə naziri Robert F. Kennedinin rəhbərlik etdiyi “Əsl Yemək” kampaniyası üçün çəkilmiş yeni videoda 59 yaşlı boksçu piylənmə ilə mübarizədəki şəxsi təcrübəsini bölüşüb.
“Bacımın adı Denise idi. O, 25 yaşında piylənmədən öldü. Ürək tutması keçirdi.
O qədər kök idim ki, nə yeyə bilirdimsə, yeyirdim. Təxminən 157 kq çəkim var idi. Hər saat bir qab dondurma yeyirdim. Özümə o qədər nifrət edirdim ki, ölmək istəyirdim.
Biz dünyanın ən güclü ölkəsiyik və ən çox piylənmədən əziyyət çəkən insanlar bizdədir. Bir ölkə olaraq pəhrizimizlə bağlı bir şeylər edilməlidir”, – Tayson bildirib.
Videoya əlavə etdiyi paylaşımda əlavə edib: “Həyatımın ən vacib döyüşü rinqdə deyil. Mən kəmər uğrunda deyil, sağlamlığımız uğrunda mübarizə aparıram. Emal olunmuş qidalar bizi öldürür. Bizə yalan danışıblar və yenidən əsl qida yeməliyik”.
Emal olunmuş qida və şəkər istehlakını hədəf alan “Real Food” kampaniyası ötən ay ABŞ üçün yeni pəhriz qaydalarını təqdim edib.
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto











.jpg)




















