MDB
"Crocus işi"ndə gizli şahid ortaya çıxdı
"Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işi çərçivəsində məxfi şahid dindirilib.
Publika.az xəbər verir ki, "RİA Novosti"yə adı açıqlnmayan mənbə məlumat verib.
Bildirilib ki, məhkəmə istintaqına əlavələr mərhələsində məxfi şahidin ifadələri araşdırılıb. Yanvarın 16-da 2-ci Qərb Dairə Hərbi Məhkəməsi paytaxt məhkəməsində keçirilən səyyar iclasda terror aktı işi üzrə dörd əsas fiqurantı dindirib.
Moskva ətrafındakı Krasnoqorskda yerləşən "Crocus City Hall"dakı faciəli hadisələr 2024-cü il martın 22-də "Piknik" qrupunun konserti başlamazdan bir qədər əvvəl baş verib. Silahlı şəxslər ziyarətçilərə hücum edərək atəş açıblar və konsert zalında yanğın törədiblər. Hücum nəticəsində 149 nəfər həlak olub, xəsarət alanların sayı isə 600-ü keçib.
Terror aktı nəticəsində dəyən maddi ziyan təxminən 6 milyard rubl məbləğində qiymətləndirilir. Cinayətkarlar qaçmağa cəhd etsələr də, Ukrayna sərhədində saxlanılıblar. Terror aktının məsuliyyətini Rusiyada qadağan olunmuş "İslam Dövləti" təşkilatı üzərinə götürüb.
Hüseyn İbadlı
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu












.jpg)






.jpg)


















