Cavadın ağlasığmaz debütü - Qol, avtoqol və qırmızı vərəqə
Bizi izləyin

İdman

Cavadın ağlasığmaz debütü - Qol, avtoqol və qırmızı vərəqə

Bu qış müdafiəçi Cavad Əl-Yəmik Səudiyyə Ərəbistanının “Əl-Nəcm” klubundan azad agent kimi ayrılaraq Sequnda klubu “Saraqosa”ya keçdi.

Publika.az xəbər verir ki, Cavad yeni klubunda heyrətamiz debüt edib.

  • 26-cı dəqiqədə El Yamik “Saraqosa”da ilk qolunu vurdu;
  • 55-ci dəqiqədə də qol vurdu, amma öz qapısına;
  • 90+3-cü dəqiqədə – birbaşa qırmızı vərəqə.

İspan jurnalist Fran Martines iki divizionun – La Liqa və Sequndanın tarixində belə bir hadisənin ilk dəfə baş verdiyini bildirib.

İndiyə qədər heç bir debütant həm öz qapısına, həm də rəqib qapıya qol vurub meydandan qovulmamışdı.

Cavad El Yamik əvvəllər “Cenoa”, “Peruca”, “Valyadolid” və “Əl-Vahda” klublarında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm