MDB
Hava limanında "taksi-hotel" qruplaşması - Müharibə iştirakçıları belə aldadıldı
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın Şeremetyevo hava limanı yaxınlığındakı iki mehmanxananın işçilərini nəzarətə götürüblər.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Sayt mənbəsinə istinad edib. Qeyd edilib ki, araşdırma müharibə iştirakçılarının vəsaitlərin mənimsənilməsi işi ilə bağlıdır.
"Şeremetyevo yaxınlığındakı iki mehmanxananın administratorları taksi sürücülərinin maxinasiya sxemlərində iştirakına görə araşdırılır. Çünki bu taksi sürücüləri onların "özününkü", öz adamları hesab olunurdular", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Ukraynada döyüşmüş rusiyalı müharibə iştirakçıları hava limanı yaxınlığındakı otellərə məlum "taksi dəstəsi" adlanan bir qrup tərəfindən daşınırmış.
Xatırladaq ki, müharibə iştirakçılarına qarşı cinayətlə bağlı qalmaqal yaşanır. Şeremetyevodakı cinayətkar fəaliyyət hələ 2025-ci ilin may ayında məlum olub. Əvvəlcə Rusiya ordusunun əsgərlərinə münasib qiymətlərlə taksi xidmətləri təklif olunurmuş. Lakin səfərin sonunda qiymət dəyişirmiş.Məsələn, onlardan iki min rubl əvəzinə 40 min, hətta 90 min rubl alınırmış. Ödəniş həm onlayn bank köçürmələri, həm də bank terminalları vasitəsilə qəbul edilib. Zərərçəkənlər ödəməkdən imtina edəndə isə, fiziki zorakılıqla hədələnirlərmi. Müharibə iştirakçılarına dəyən təxmin edilən ziyan dörd milyon rublu keçib.
Yanvarın 30-da isə məlum iş üzrə əvvəllər beynəlxalq axtarışda olan təqsirləndirilən şəxslərdən biri artıq günahını boynuna alıb.
Tural
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu


















.jpg)


















