Region
İran parlamenti bu məsələyə görə təcili toplanır
İran parlamenti fevralın 9-da ABŞ ilə İranın nüvə silahı üzrə danışıqlarını müzakirə etmək üçün iclas keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədr müavini Abbas Moqtadayiyə istinadl məlumat yayıb.
İclasda ölkənin xarici işlər naziri Abbas Əraqçinin iştirak edəcəyi ehtimal olunur.
Moqtadayi bildirib ki, sabah məclis qapalı iclasda İran və ABŞ arasındakı danışıqların gedişatını nəzərdən keçirəcək.
"The Wall Street Journal"ın məlumatına görə, Omanda ABŞ nümayəndələri ilə aparılan danışıqlar zamanı İran hakimiyyəti Tehranın uranın zənginləşdirilməsindən imtina etmək və ya onu başqa ölkəyə köçürmək niyyətində olmadığını qeyd edib.
Bundan əvvəl Əraqçi bildirmişdi ki, İran və ABŞ arasında davamlı sazişin bağlanması üçün bərabər mövqelər və qarşılıqlı hörmət zəruridir. Onun sözlərinə görə, Tehran diplomatiyaya 2025-ci il hadisələrini yaddaşında möhkəm saxlayaraq açıq gözlərlə yanaşır.
Hüseyn İbadlı
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir



































