İdman
“Qarabağ” azarkeşləri “Neftçi” ilə matça buraxılmadı - Fotolar
Azərbaycan Əvəzedicilər Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi-2” - “Qarabağ-2” matçında maraqlı anlar yaşanıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri “Palm Sports Arena”nın IV ehtiyat meydançasında təşkil olunan oyuna buraxılmayıblar.
Məlumata görə, bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır. Belə ki, hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.
Müvəqqəti xarakter daşıyan qərar Premyer Liqa matçlarına aid deyil.
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasına sorğu ünvanlanıb.
Qeyd edək ki, son günlər “Qarabağ” və “Neftçi” azarkeşləri arasında gərginlik artmaqdadır. “Köhlən atlar” UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki “Nyukasl”la oyunları ilə əlaqədər Premyer Liqanın XXV turu çərçivəsində fevralın 21-də “Neftçi” ilə bağlı keçiriləcək görüşün təxirə salınmasını istəyib. Bakı təmsilçisi isə bundan imtina edib. Sonradan "Qarabağ" rəhbərliyinin aidiyyəti üzrə müraciət etməsindən sonra qarşılaşmanın təxirə salınacağı gözlənilir.
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir






































