İdman
Futbol tarixində belə qalmaqal olmamışdı: "İçimə cin girib" dedi və...
Futbol dünyası mövsümün ən qəribə transfer hekayələrindən birinə şahid olub.
Publika.az xəbər verir ki, Mərakeş təmsilçisi “Vidad” yarımmüdafiəçisi Həmzə Sahi Rusiyanın “Orenburq” klubuna keçidini pozub və buna səbəb kimi içinə cin girdiyini bildirib.
Kasablanka klubu artıq futbolçunun satışını razılaşdırmışdı. Bu transfer bütün tərəflər üçün sərfəli idi. Mərakeşlilər rəhbərliklə münaqişə səbəbindən uzun müddətdir oynamayan futbolçudan qazanc əldə edə bilərdi, Sahi isə karyerasını bərpa etmək şansı qazanırdı. Üstəlik, “Orenburq”da onun həmyerlisi və keçmiş komanda yoldaşı Fahd Mufi çıxış edir.
Lakin həlledici anda transfer gözlənilməz şəkildə pozulub. Rusiya KİV-lərinin məlumatına görə, Sahi qəfil telefonunu söndürüb və bir neçə gün ərzində yoxa çıxıb. Daha sonra futbolçu yoxluğunu mistik səbəblərlə izah edərək, cin təsiri altında olduğunu iddia edib.
Bununla paralel olaraq oyunçu müqavilə şərtlərini dəyişməyə cəhd göstərib. O, “Orenburq”a daha sonra, artıq azad agent statusunda keçməyə söz verib, lakin əvvəl razılaşdırılandan yüksək maaş tələb edib.
“Vidad” rəhbərliyində isə vəziyyəti tez anlayıblar və sərt reaksiya veriblər. Sahi mövsümün sonuna qədər məşqlərdən, təlim-məşq toplanışlarından və oyunlardan kənarlaşdırılıb.
Buna baxmayaraq, futbolçu hazırda evdə oturaraq sosial şəbəkələrdə qərarın ədalətsizliyindən şikayətlənir. Ancaq cinlə bağlı bu hekayədən sonra azarkeşlər də oyunçunun sözlərinə inanmır.
Heybət
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var



































