Ulduzlar arasında kütləvi dava: Yumruqlar havada uçdu - VİDEO
Bizi izləyin

İdman

Ulduzlar arasında kütləvi dava: Yumruqlar havada uçdu - VİDEO

Bu gecə NBA-da 2025/2026 mövsümünün müntəzəm çempionatı çərçivəsində qalmaqallı oyun keçirilib.

Publika.az xəbər verir ki, "Şarlott Hornets" doğma meydanda "Detroyt Pistons"u qəbul edib. Üçüncü hissənin ortalarında kütləvi dava baş verib. Hadisə "Detroyt"un mərkəz oyunçusu Ceylen Dürenlə "Şarlott"un fransalı basketbolçusu Mussa Diabate arasında yaranan münaqişədən sonra alovlanıb.

Qısa zaman kəsiyində yumruqlar havada uçub və gərginlik böyüyüb. Komandaların texniki heyətləri, mühafizə xidmətinin əməkdaşları və hakimlər çətinliklə də olsa, sakitlik yarada biliblər.

Nəticədə meydançadan ümumilikdə dörd oyunçu uzaqlaşdırılıb. "Hornets"dən Mussa Diabate və forvard Mayls Bridces, "Pistons"dan isə Ayzeya Stüart və Ceylen Düren oyundan kənarlaşdırılıb.

Matç qonaqların 110:104 hesablı qələbəsi ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm