İdman
Qurban Qurbanov ağır vəziyyətdə olan sabiq komanda yoldaşına maddi dəstək oldu
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə xeyirxah addımı ilə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı səhhətində problem yaranan Azərbaycan milli komandasının sabiq futbolçusu, keçmiş komanda yoldaşı Kamal Quliyevə dəstək olub. Qurbanov maddi dəstəyə ehtiyacı olan həmkarına 3 min manat yardım edib. Bu barədə "Rekord.az" məlumat yayıb.
Qeyd edək ki, qaraciyərində problem yaşayan Kamal Quliyev bir müddət əvvəl futbol ictimaiyyətindən dəstək istəyib. O, bir müddət şəxsi imkanları hesabına müalicə olunsa da, daha sonra maddi çətinliklə üzləşib. Quliyev sağlamlığına qovuşması üçün futbol ailəsinin köməyinə ehtiyac duyub.
Heybət

-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video


































