İdman
İki klub Keynə elçi düşdü: Bu məbləğ ödənsə...
“Bayern”in ingilis hücumçusu Harri Keyn Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Kikker" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu ilə maraqlanan potensial klublar arasında krallığın aparıcı komandaları - “Əl-Əhli” və “Əl-İttihad” da var.
Qeyd olunur ki, Almaniya klubunun rəhbərliyi hücumçunu heyətdə saxlamaqda qərarlıdır, lakin müqavilədə nəzərdə tutulan 70 milyon avroluq sərbəstqalma maddəsi var. Bu da Keynə klubu tərk etmək niyyəti barədə rəhbərliyi rəsmi şəkildə məlumatlandırmaq hüququ verir.
Cari mövsümdə Keyn “Bayern”in heyətində bütün turnirlərdə 35 matça çıxaraq 38 qol vurub. İngilis futbolçunun Münhen təmsilçisi ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun təxmini bazar dəyəri 65 milyon avrodur.
Heybət
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək


































