Region
Simonyan Moskvada Lavrova Solovyovdan şikayət edib: Cavab verib ki...
Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, İrəvan və Moskvanı narahat edən bütün aktual məsələlər Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə müzakirə olunub.
Publika.az xəbər verir ki, Simonyan jurnalistlərə Ermənistan hökumətinin Rusiyadan qaynaqlanan bədnam "hibrid təhdidlər" ittihamlarının cavablandırılıb-cavablandırılmadığı ilə bağlı suala belə cavab verib:
"Bir saat yarımdan çox danışdıq. Aydındır ki, açıq şəkildə müzakirə edə bilmədiyim bəzi məsələlər var... Amma bizi narahat edən bütün məsələlərə toxunduq".
Simonyan əlavə edib ki, Lavrovla müzakirə olunan əsas mövzular Ermənistana investisiyalar, regionlar arasında əməkdaşlıq və mədəni tədbirlərdir.
Ermənistan Parlamentinin sədri bildirib ki, o, vaxtaşırı Rusiyadan rezonans doğuran açıqlamalar verən bütün şəxslərin, o cümlədən Vladimir Solovyovun iddiaları ilə bağlı Lavropla müzakirə aparıb.
“Hətta dedim ki, onlar Ermənistanda hərbi əməliyyat keçirmək barədə danışırlar”, - deyə o bildirib.
Buna cavab olaraq Rusiya tərəfi bunların fərdi şəxslərin açıqlamaları olduğunu bildirib.
"Sizə burada dediklərimin hamısını orada da dedim", - deyə Ermənistan Milli Assambleyasının sədri əminliklə bildirib.
Onun sözlərinə görə, rusiyalı tərəfdaşları da Ermənistanın daxili və ya xarici siyasətinə müdaxilə etmək istəmədiklərini qeyd ediblər.
“Əlbəttə ki, müəyyən hadisələr onları narahat edir, lakin ümumilikdə hakim partiyaya qarşıdan gələn seçkilərdə uğurlar arzuladılar”, - Simonyan yekunlaşdırıb.
Ermənistan Parlamentinin sədri Alen Simonyanın Rusiyaya səfəri fevralın 4-dən 7-dək baş tutub.
Tural
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi



































