Nida Təhlil
Ermənilərin Vensin Bakı səfəri ilə bağlı təxribatı baş tutmadı - Detallar
Erməni diasporu ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfərində diqqəti Araik Arutyunyan və dəstəsinin üzərinə yönəltməyə, onların azad edilməsi tələbini Vaşinqtonun gündəminə daxil etməyə çalışır.
Kilikya katolikosu I Aram, eləcə də Amerika Erməni Milli Komitəsi (ANCA) Vensə Azərbaycana səfər zamanı “erməni əsirlərlə” görüşmək, onların qeyd-şərtsiz azad edilməsi tələbini irəli sürmək çağırışı edib. ANCA-nın başladığı kampaniya ilə Vensin ofisinə minlərlə məktub ünvanlanıb. ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlar, həmçinin, erməni diasporunun dəstəklədiyi “insan haqları” təşkilatları analoji müraciətlə çıxış edib. “Qarabağ erməniləri” isə “həmvətənlərimizi azad edin” çağırışı ilə İrəvanda aksiya keçiriblər. Kampaniyanın effektiv olması üçün “xristian təəssübkeşliyi” xüsusilə vurğulanır.
Ermənilərin Vensin diqqətini bura yönəldə bildikləri, ABŞ rəsmisinin də Bakıda bu məsələyə ən azı toxuna biləcəyi mümkün variantdır. Lakin nəticə əldə etmək çətindir, çünki fevralın 5-də keçirilən məhkəmədə hərbi cinayətlər törətmiş şəxslərə hökm oxunub: Araik Arutyunyan, David Babayan, David Manukyan, Levon Mnatsakanyan və David İşxanyan ömürlük, Arkadi Qukasyan və Bako Saakyan 20 illik azadlıqdan məhrum edildi.
Aparılan kampaniya göstərir ki, hərbi cinayətkarlarla bağlı məhkəmə prosesinin Vensin səfərindən öncə yekunlaşması doğru qərar olub.
Bununla məsələnin Vaşinqtonun gündəliyinə daxil edilməsinə imkan verilmədi, hətta Vens Bakıda buna toxunsa belə, ABŞ-da erməni icmasının “çağırışını nəzərə alan” ritorika olacaq.
Asif Nərimanlı
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ




































