İdman
Meydandan kənardakı Vinisius: Gündə iki ətir, sevimli giləmeyvə və...
Vinisius Junior cari mövsüm "Real"da çətin bir mövsüm keçirir. Onun forması və komandadakı rolu qızğın müzakirə olunur.
Publika.az xəbər verir ki, Yeni baş məşqçi Alvaro Arbeloanın gəlişi ilə braziliyalı tam dəstəkləndiyini hiss edir və GQ-yə verdiyi müsahibədə meydandan kənar həyatı və vərdişləri barədə danışıb.
"10 şey" formatında sorğu-sualda Vinni onu əhatə edən əşyaları göstərib. Ən sevdiyi ətirləri, kart dəstini və digər şəxsi aksessuarları nümayiş etdirib.
Kartlar və dostlar
Vinisius tez-tez Qabriel l Maqalyaes, Rodriqo və Eder Militao ilə kart oynadığını deyib. Onlar Braziliyada məşhur olan, blef və şərti siqnallara əsaslanan "Truko" oyununu oynayırlar. Bu növdə hətta Rio və San-Paulu komandaları arasında turnirlər də təşkil edirlər.

Parfüm
Vinisius "Hugo Boss" brendinin səfiridir və sevdiyi ətirdən istifadə etdiyini bildirib. O, məşq və oyunlardan əvvəl mütləq ətir vurur. Gündüz və axşam üçün fərqli aromatlar seçir.
Saatlar
Braziliyalı futbolçu saat kolleksiyasına maraq göstərir. Hazırda təxminən 20 saatı var. O bildirib ki, əvvəllər atası ona hədəflər qoyurdu (məsələn, 20 qol və ya 10 assist) və buna görə yeni saat almasına icazə verirdi. İndi daha təmkinli olsa da, böyük alışlar öncəsi yenə də atasından məsləhət alır.

Açay
Uşaqlıqdan Braziliyanın məşhur giləmeyvəsi açayı sevir. Lakin indi pəhriz səbəbindən əvvəlki qədər tez-tez istifadə etmir.
Video oyunlar
Uşaqlıqdan video oyunlara maraq göstərir. Xüsusilə "Call of Duty", futbol simulyatorları və "Fortnite" oynayır. Bacısının yenidən onunla yaşaması səbəbindən birlikdə daha çox vaxt keçirməyə çalışır.

Üslub və aksesuarlar
Kepkalar onun stilinin bir hissəsidir və bəzən daha az tanınmaq üçün istifadə olunur. Zəncirlər isə parıltı və xarakter üçündür. Onları Hyustondan olan dostu hazırlayır. Vinisius qeyd edib ki, NBA oyunçularının arenaya çıxışı moda nümayişinə çevirməsini bəyənir və futbolda da belə mədəniyyətin formalaşmasını istəyir.
Məşq rejimi
Qantellər gündəlik rutinin ayrılmaz hissəsidir. O, demək olar ki, hər gün məşq etdiyini və evdə qısa, amma effektiv proqramlara üstünlük verdiyini bildirib. Bunun meydandakı performansına müsbət təsir etdiyini vurğulayıb.
Beləliklə, Vinisius meydandan kənarda da nizam-intizamlı həyat tərzi və fərdi üslubu ilə seçilir.
Heybət
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
































