Olimpiadada növbəti qalmaqal: İdmançılar zəhərləndilər
Bizi izləyin

İdman

Olimpiadada növbəti qalmaqal: İdmançılar zəhərləndilər

Almaniya biatlonçuları Yanina Hettix-Vals və Vanessa Voyqt İtaliyadakı Olimpiya oyunları zamanı keyfiyyətsiz qida səbəbindən sağlamlıq problemləri ilə üzləşiblər.

Publika.az xəbər verir ki, narahatlığın səbəbi fevralın 11-də fərdi yarışdan sonra istehlak etdikləri burgerlər olduğu ehtimal olunur.

Alman Ski İdmanları Assosiasiyasının idman direktoru Feliks Bitterlinq “Bild”ə açıqlamasında bildirib:

“Təxmin edirik ki, onlar nəyisə düzgün yeməyiblər. Bu problem yalnız bir gecə davam etdi. Yanina üçün bu bir gecə sonra baş verdi, buna görə də sprint yarışına kifayət qədər hazır deyildi. Amma tibbi şöbəmiz və komandamızın həkimi tam əmindir ki, burada ciddi bir problem yoxdur”.

Fərdi yarışda Vanessa Voyqt dördüncü yeri, Yanina Hettix-Vals isə səkkizinci yeri tutub. Lakin bir neçə gün sonra zəhərlənmənin təsiri yarışlara təsir edib. Yanina fevralın 14-də sprint yarışından imtina etməli olub, Vanessa isə starta çıxsa da yalnız 12-ci yeri tutub.

Oxşar problem çex biatlonçusu Cessika Yislova ilə də baş verib. O da sprintdən çəkilib. Almaniya və Çexiya yığmaları eyni oteldə qalırlar.

Qeyd etmək lazımdır ki, Almaniya heyəti İtaliyaya şəxsi aşpaz gətirib, o, idmançıların qidasına cavabdeh idi. Buna baxmayaraq, bu, komandayı insidentdən qorumağa yetməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm