Ekologiya
Sabah ilin ilk Günəş tutulması olacaq
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq.
Publika.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.
Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq vardır. Ayın yeni Ay və ya tam Ay fazaları orbitin düyünlərinə uyğun gəldikdə tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.
Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.
Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq Günəş tutulmaları tam, halqalı, qismən və hibrid olmaqla bir neçə növə ayrılır. Günəş tutulmasının tam fazasının maksimum müddəti təxminən 7 dəqiqədir. Bu məhdudiyyət Ayın kölgəsinin Yer səthində əhatə etdiyi sahənin nisbətən kiçik olması ilə bağlıdır.
Müşahidəçi kölgədən yarımkölgəyə keçdikcə isə Ayın Günəş diskini örtmə faizi azalır və tam tutulma deyil, qismən Günəş tutulması müşahidə olunur. Qismən tutulmada örtülmə faizi də müşahidə məkanının coğrafi mövqeyindən asılıdır.
Qeyd edək ki, bu tutulma Azərbaycandan müşahidə olunmayacaq. Növbəti tutulma isə 3 mart tarixində baş verəcək tam Ay tutulması olacaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman11 Avqust 21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11 Avqust 20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika11 Avqust 19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO





















.jpg)











