Sosial
Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
Ötən il Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 324,71 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.
Publika.az Report-a istinadla xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 9,3%, kəmiyyət olaraq 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Monqolustandan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çox) 324,53 ton (+5,8 dəfə), Yeni Zelandiyadan 3,89 min ABŞ dolları dəyərində (-67%) 0,09 ton (-76%), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20%), Avstraliyadan 1,64 min ABŞ dolları dəyərində (+27 dəfə) 0,03 ton (+3 dəfə) və Yaponiyadan 0,06 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq tədarük Yaponiyadan həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54%-i Monqolustanın payına düşüb.
-
Region01:41“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama





































