Sosial
Bakıda bu binalar da sökülür - Video
Nəsimi rayonunda istismar müddətini başa vurmuş bir və ikimərtəbəli yaşayış evlərinin sökülməsi planlaşdırılır. Artıq ərazidə inventarizasiya işləri aparılıb və 47 mənzilin qeydiyyatı başa çatıb.
Publika.az xəbər verir ki, sakinlərin sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən baxış keçirilib və yaxın vaxtlarda onlara rəsmi məlumat veriləcəyi bildirilib.
Sakinləri düşündürən əsas məsələ isə təklif olunacaq kompensasiyanın məbləğidir. Mənzillərin sahəsinin kiçik olduğunu deyən ev sahibləri hesab edirlər ki, əgər ödəniş kvadratmetrə görə müəyyənləşdirilərsə, veriləcək məbləğlə paytaxtın mərkəzində, hətta şəhər kənarında belə yeni mənzil almaq çətin olacaq.
Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaların qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin rəyi təsdiqlənib. Şəhərsalma və Arxitektura Komitəsi isə söküntü işlərinin mərhələli şəkildə həyata keçiriləcəyini açıqlayıb.
Daha ətraflı süjetdə:
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü











.jpg)




















