"Real" "Barselona"nın ulduzunu hədəfə aldı
Bizi izləyin

İdman

"Real" "Barselona"nın ulduzunu hədəfə aldı

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını "Real"da davam etdirə bilər.

Publika.az xəbər verir ki, Madrid klubu futbolçuya maraq göstərir. Bu barədə "Topskills Sports UK" məlumat yayıb.

Bildirilir ki, Kataloniya təmsilçisi fransız futbolçunu toxunulmaz hesab edir, lakin "Barsa" 60-80 milyon avro məbləğində təklif gələcəyi halda satmaq variantını nəzərdən keçirməyə hazırdır.

Həmçinin, "Çelsi" də müdafiəçiyə maraq göstərir.

Qeyd edək ki, Kunde 2022-ci ildən Barselonada çıxış edir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 36 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 27 yaşlı futbolçunun katalonlarla müqaviləsi 2030-cu ilin yayına qədər etibarlıdır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm