“Qəbələ”nin məşqçisi “Sayılmayan qolumuz qaydalar çərçivəsində vurulmuşdu”
Bizi izləyin

İdman

“Qəbələ”nin məşqçisi “Sayılmayan qolumuz qaydalar çərçivəsində vurulmuşdu”

“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda doğma meydanda “Sabah”a 0:1 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, “qırmızı-qaralar”ın məşqçisi Giorgi Çixradze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Sabah”la biz fərqli məqsədlər uğrunda mübarizə aparan komandalarıq. Onlar çempionluq uğrunda, biz isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Oyunu iki fərqli hissəyə bölərdim. İlk yarıda bir az passiv oynadıq. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirdik. İkinci yarının əvvəlində adi vəziyyətdəq qol buraxdıq. Qol buraxılmamalı epizod idi. Hesabda geriyə düşəndən sonra daha aqressiv oynamağa başladıq. Matçın sonlarında qol vurduq. Mübahisəli epizoddur. Sonda məğlub olduq.

– Sayılmayan qolunuzla bağlı fikirləriniz necədir?

– Bizim fikrimizcə, qol təmiz idi. Kimlərsə də baxıb, dəyərləndirə bilər. Düşünürəm ki, qol qaydalar çərçivəsində vurulmuşdu.

– Start heyətindəki cinah müdafiəçilərini dəyişməyi düşünmürsüz?

– Turan Manafov yeni gəlib, hələ ideal formada deyil. Yavaş-yavaş formaya düşməyə başlayır. Sağ cinahda Nicat və Eşqin var. Bəzən biri, bəzən digəri oynayır. Arada Nuğayı da o mövqedə oynadırıq. Həmin cinahdakı resurslarımızdan maksimum istifadə etməyə çalışırıq.

– Rüfət Əhmədova şans verilmir. Onunla bağlı planınız nədir?

– Onu transfer edəndə düşünürdük ki, cinahda bizə kömək edəcək. Rüfət əvvəllər burada oynayıb, onu tanıyırdıq.

– Getməyi düşünmür?

– Əvəzedici heyətlə məşq edirdi. Ona dedik ki, təklif varsa, gedə bilər. Situasiya elə alındı ki, komandada qaldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm