İdman
"Real" Vinisiusun irqçilik qalmaqalı ilə bağlı UEFA-ya sübutlar təqdim etdi
"Real" UEFA-ya Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” ilə ilk oyununda Vinisius Juniorun irqçiliklə üzləşdiyinə dair sübutlar təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisi rəsmi məlumat yayıb.
“Bu gün biz UEFA-ya Lissabonda, 17 fevral tarixində keçirilmiş Çempionlar Liqası matçı zamanı baş vermiş bütün hadisələrlə bağlı mövcud sübutları təqdim etdik. Klubumuz UEFA tərəfindən oyun zamanı baş vermiş yolverilməz irqçilik halları ilə bağlı başlanmış araşdırmada fəal əməkdaşlıq edib”, - deyə "Real"ın yaydığı açıqlamada qeyd olunur.
Qeyd edək ki, Lissabondakı stadionda keçirilən görüş Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qol vurduqdan sonra braziliyalı ulduz hakimə “qartallar”ın hücumçusu Canluka Prestianni tərəfindən ona qarşı irqçi təhqir edildiyini bildirib. Anti-irqçilik protokoluna əsasən, oyun 10 dəqiqə dayandırılıb və sonra bərpa olunub.
Heybət
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
































