Duran qol vurdu, əfsanələrə çatdı
Bizi izləyin

İdman

Duran qol vurdu, əfsanələrə çatdı

"Qarabağ"ın futbolçusu Kamilo Duran Çempionlar Liqasında kolumbiyalı futbolçuların tarixi nailiyyətini təkrarlayıb.

Publika.az xəbər verir ki, o, həmyerliləri Radamel Falkao və Cekson Martinesin qitənin bir nömrəli klub turnirində 5 qolluq rekordunu təkrarlayıb. Sözügedən hücumçular ÇL-in əsas mərhələsində bir mövsüm ərzində ən çox qol vuran kolumbiyalı oyunçu statustuna malik idilər.

Lakin Duran "Qarabağ"ın "Nyukasl"la pley-off mərhələsinin cavab matçında fərqlənməklə bu rekordu təkrarlayıb. O, cari mövsüm turnirdə 5 dəfə fərqlənib. 24 yaşlı futbolçu "sağsağanlar"la yanaşı "Ayntraxt"ı 2 dəfə məyus edib, "Ayaks" və "Benfika" ilə görüşlərdə 1 qol vurub.

Bundan əlavə, Duran Çempionlar Liqasında ən çox qol vuran kolumbiyalı futbolçuların siyahısında "ilk onluğ"a daxil olub. O, 5 qolla Luis Muriel, Felipe Pardo və Xames Rodrigeslə birlikdə 5-8-ci sıraları bölüşür. Kamilo həmyerlilərindən daha az sayda oyun keçirməklə bu qədər fərqlənib. Siyahıya aktivində 13 qolu olan "Bayern"in vingeri Luis Dias başçılıq edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm