Əfsanə karyerasını bərpa edəcək? – Belə bir imkan var
Bizi izləyin

İdman

Əfsanə karyerasını bərpa edəcək? – Belə bir imkan var

Əfsanəvi qolfçu Tayqer Vuds Masters turnirində iştirakını bərpa edə biləcəyinə işarə edib.

Publika.az xəbər verir ki, o, yeddinci bel əməliyyatından sonra bərpasını davam etdirir. 50 yaşlı qolfçu həmçinin keçən il aldığı aşil əzələsi yırtığıni sağaldır ki, bu da onun peşəkar idmana qayıdışı ilə bağlı şübhələri artırıb.

Şənbə günü Vuds “Genesis Invitational” turniri zamanı CBS TV-nin efirində görünüb və “Augusta National” turnirində çıxış edib-etməyəcəyi barədə sual verildikdə cavab verib: “Belə bir imkan var”.

Mastersin beşqat çempionu (son qələbəsi 2019-cu ildə) açıqlayıb ki, hələ apreldə turnirdə oynayıb-oynamayacağını bilmir, amma artıq tam zərbələrə qayıdıb.

Rəsmi olaraq Vudsun son çıxışı “The Open-2024”-də olub. O, gələcəkdə veteranlar turunda qolf-kar istifadə etməklə oynaya biləcəyini etiraf edib, amma əsas turda bunu etməyi planlaşdırmır.

Bundan əlavə, Vuds 2027-ci il “Ryder Cup”-da ABŞ millisinin kapitanı olmağı da düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm