İdman
Qurban Qurbanov: Oyun başlayan kimi hər şey yaddan çıxdı
“Məğlub olmağımıza baxmayaraq, pis sonluq deyil. Bizim üçün böyük təcrübə oldu. Klub olaraq çox inkişaf etdik. İlk oyundakı nəticəyə görə cavab matçına hazırlaşmaq elə də asan deyildi. Hər bir halda rəqib bizi səhvlərə yol verməyə məcbur edirdi”.
Publika.az "Teleqraf"a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.
O, Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a cavab oyununda 2:3 (ilk oyun 1:6) hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmalarından danışıb:
“Bakıdakı oyunda azarkeşlərin sona qədər bizə dəstək olması turnirin çəkisini bir daha göstərdi. Buna görə çox sevindim. Əlbəttə, bunun bizə çox faydası oldu. Hər oyunumuzda rəqibin 1500-2000 azarkeşi gəlirdi. Stadionda çox maraqlı atmosfer yaranırdı. “Nyukasl” stadionunda futbolçu kimi də çıxış etmişdim. Baş məşqçi kimi çıxış edəndə o anlar yadıma düşdü. Oyun başlayandan sonra isə hər şey yaddan çıxdı (gülür)”.
Heybət
-
Dünya12:12Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib? - Sensasion fakt açıqlandı
-
Nida Xəbər 11:43Baş nazir ona yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 11:25Leyla Əliyeva Qubada iftar məclisində iştirak etdi - FOTO
-
ABŞ11:22Həyat yoldaşına rus qadınlarla xəyanət etdiyini boynuna aldı: İki dəfə...
-
ABŞ10:52Yaxın 6 ayda bu 3 ölkədə rejim dəyişəcək: ABŞ adlarını açıqladı
-
Dünya10:10Türkiyə İrana hücum edəcək? - Rəsmi açıqlama
-
Magazin109:12Türkiyəyə aparılan Rasim Balayevdən xəbər var
-
Ekologiya07:17Qar yağacaq - PROQNOZ































.jpg)


