UEFA-dan "Qarabağ" açıqlaması: Azərbaycana qürurla dönə bilər
Bizi izləyin

İdman

UEFA-dan "Qarabağ" açıqlaması: Azərbaycana qürurla dönə bilər

UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-offunda keçirilən "Nyukasl" cavab oyununu şərh edib.

Publika.az xəbər verir ki, qurumun mətbuat xidməti matçla bağlı yazıda 2:3 hesablı məğlubiyyətə rəğmən Ağdam təmsilçisinin sərgilədiyi oyunla Azərbaycana qürurla dönə biləcəyini qeyd edib:

"Qarabağ" erkən buraxılan qollardan sonra çətin axşam yaşayacaq kimi görünürdü, çünki Sandro Tonali və Joelinton hesabı açmışdılar. Lakin qonaqlar ikinci hissədə vurduqları iki qolla öz nüfuzlarını bərpa edə bildilər. Matç "Nyukasl" üçün əvvəlcədən gözlənildiyi qədər rahat keçməsə də, "sağsağanlar" istədikləri qələbəni qazandılar və indi 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə qarşılaşmanı gözləyirlər.

İki oyunun cəmində 9 qol buraxsalar da, "Qarabağ" futbolçuları "Sentt Cemys Park" stadionundakı ikinci hissədəki çıxışdan sonra Azərbaycanı qürur hissi ilə dönə bilərlər. Bununla belə, komanda İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 11 oyunda hələ də qələbə qazana bilməyib (1 heç-heçə, 10 məğlubiyyət) və İngiltərədə keçirilən 6 matçın hamısında məğlub olub".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda "Nyukasl" 6:1 hesabı ilə qələbə qazanmışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm