İdman
"Barselona" ulduz futbolçunu sata bilər: Bu qiymətə
Uruqvay millisinin mərkəz müdafiəçisi Ronald Arauxo yay transfer pəncərəsində “Barselona”nı tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Barselona” rəhbərliyi yayda komandanın müdafiə xəttində yenidənqurma aparmağı planlaşdırır və Arauxo klubu tərk edə biləcək futbolçulardan biridir.
İspaniya çempionu 27 yaşlı uruqlvaylı müdafiəçini 30 milyon avro qarşılığında satmağa hazırdır. Ona “Nyukasl”, PSJ, “Bayern”, “İnter” və “Liverpul” maraq göstərir.
Arauxonun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun transfer dəyəri 25 milyon avro qiymətləndirilir. Cari mövsümdə uruqlvaylı müdafiəçi kataloniyalıların heyətində bütün turnirlərdə 26 oyuna çıxıb və 3 qol vurub.
Xatırladaq ki, ötən ilin dekabrında Arauxo bir sıra uğursuz çıxışlardan sonra mənəvi bərpa üçün karyerasında qısa fasilə götürmüşdü.
Heybət
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



