İdman
İran millisindən Trampa cavab: Buna sən yox, FİFA qərar verəcək
İran millisi ABŞ prezidentinin sözlərinə cavab verib.
Publika.az xəbər verir ki, Donald Trump İran millisi ilə bağlı açıqlama verib. ABŞ prezidenti 2026-cı il dünya çempionatı və ABŞ-İran hərbi qarşıdurması fonunda İran yığmasının turnirdə iştirakını şərh edib.
Tramp sosial şəbəkədə yazıb ki, İran millisinin dünya çempionatında iştirakını görməkdən məmnun olsalar da, onların öz həyatları və təhlükəsizlikləri baxımından turnirdə olmalarının uyğun olmadığını düşünür.
Buna cavab olaraq İran millisinin rəsmi səhifəsində bəyanat yayımlanıb. Bildirilib ki, dünya çempionatından kənarlaşdırıla biləcək yeganə ölkə ABŞ ola bilər:
“Dünya çempionatı beynəlxalq miqyaslı tarixi hadisədir və onun idarəedici orqanı hər hansı ayrı bir şəxs və ya ölkə deyil, FİFA-dır. İran millisi öz gücü və İranın cəsur oğullarının qazandığı həlledici qələbələr sayəsində bu ən böyük turnirə vəsiqə qazanan ilk komandalardan biri olub. Şübhəsiz ki, heç kim İran millisinin dünya çempionatındakı iştirakını dayandıra bilməz. Kənarlaşdırıla biləcək yeganə ölkə yalnız ev sahibi adını daşıyan, lakin bu qlobal tədbirdə iştirak edən komandaların təhlükəsizliyini təmin edə bilməyən ölkədir”.
Qeyd edək ki, püşkatmanın nəticəsinə əsasən İran millisi qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misir ilə eyni qrupda yer alıb. Bu qurupda bütün oyunların ABŞ ərazisində keçirilməsi planlaşdırılır.
Heybət
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO
-
Kriminal14 Aprel 19:12Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU YAYILDI



































