İdman
Maradonanın ölüm işi üzrə məhkəmə yenidən başladı
Argentinada bu gün dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi yenidən başlayıb.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, Maradonaya qulluq edən tibbi komandanın 7 üzvü ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə üzləşib.
2021-ci ildə prokurorluq hadisəni araşdırmaq üçün tibbi komissiya təyin edib. Araşdırma nəticəsində müəyyən olunub ki, tibb işçiləri qeyri-adekvat, səriştəsiz və ehtiyatsız davranıblar, həmçinin Maradonanın reabilitasiya keçdiyi ev lazımi tibbi şəraitə uyğun olmayıb.
2025-ci ilin martında başlayan ilk məhkəmə prosesi iki ay sonra dayandırılıb. Buna səbəb 3 hakimdən birinin məhkəmə etikası qaydalarını pozduğuna görə istefa verməsi olub. Məhkəmə zamanı müdafiə tərəfi Maradonanın ölümünün uzun illər davam edən sağlamlıq problemləri səbəbindən qaçılmaz olduğunu bildirib. Əfsanəvi futbolçu uzun illər kokain və alkoqol asılılığı ilə mübarizə aparıb.
Təqsirləndirilən şəxslər günahkar bilinərsə, onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında ürək dayanması nəticəsində vəfat edib. O, həmin vaxt beyin qanamasından sonra keçirdiyi əməliyyatdan bərpa olunurdu.
Heybət
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video














.jpg)


















