İdman
FİFA İranı sərt cəzalandıracaq: DÇ-2026-dan imtina etsələr
İran millisi 2026-cı il dünya çempionatından birtərəfli qaydada imtina edəcəyi halda, FİFA komandaya ciddi cəza tətbiq edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
İran yığması mundialda iştirakdan imtina etsə, FİFA bu ölkənin milli komandalarını öz himayəsi altında keçirilən bütün gələcək turnirlərdən kənarlaşdıra bilər. Bundan başqa, qərarın nə vaxt verilməsindən asılı olaraq İran Futbol Federasiyası 275 min avrodan 555 min avroya qədər cərimələnə bilər. Bundan əlavə, FİFA-nın intizam komitəsi İran millisinə qarşı idman sanksiyaları da tətbiq edə bilər.
Xatırladaq ki, daha əvvəl İranın idman naziri Əhməd Donyamali mövcud şəraitdə komandanın dünya çempionatında iştirak imkanının olmadığını bildirib.
Fevralın 28-də ABŞ və İsrail Tehranın nüvə proqramını məhv etmək məqsədilə İrana raket zərbələri endirib. Buna cavab olaraq İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə, eləcə də region ölkələrinin neft hasilatı sektoruna zərbələr endirməyə başlayıb.
Martın 12-də ABŞ prezidenti Donald Tramp isə bildirib ki, İran millisinin dünya çempionatında iştirakını görməkdən məmnundurlar, lakin o, komandanın turnirdə iştirakını məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, Dünya çempionatı yayda ABŞ, Meksika və Kanadada keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən İran millisi qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.
Heybət
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO
-
Kriminal14 Aprel 19:12Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU YAYILDI



































