İdman
Gəncə stadionunun hazır olacağı vaxt bəlli oldu: İlk futbol matçı bu tarixdə keçiriləcək - EKSKLÜZİV
Gəncə Şəhər Stadionu 3 illik fasilədən sonra Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etməyə hazırlaşır.
Publika.az-ın əldə etdiyi məlumata görə, "Kəpəz" klubu yenidən inşa edilən və artıq müasir tələblərə cavab verən idman qurğusuna maydan etibarən qayıda bilər. Ötən il MDB Oyunları kimi nüfuzlu yarışın açılış və bağlanış mərasimlərini qəbul edən arenada yeni təbii ot örtüyü salınır. Qazonun may ayına hazır olacağı planlaşdırılır.
Ot örtüyü ilə bağlı planlaşdıran işlər vaxtında başa çatarsa və aidiyyəti qurumlardan - AFFA və Peşəkar Futbol Liqasından müsbət cavab alınarsa, Premyer Liqanın sonuncu - 33-cü turunun "Kəpəz" - "Neftçi" matçı Gəncə Şəhər Stadionunda keçirilə bilər. Bu qarşılaşma təsadüf seçilməyib. Komandaların prinsipial rəqib olması ilə yanaşı, görüşün vaxtı belə plan qurulmasına imkan verir.
Qarşılaşmanın təsadüf etdiyi tarixlərdə adətən ölkə ərazisində əlverişli hava şəraiti hökm sürür ki, bu da qazonun tam hazır olmasına şərait yarada bilər. Eyni zamanda, ot örtüyündə hər hansı problem aşkarlanarsa, yeni mövsümün startına qədər aradan qaldırılması mümkün olacaq.
Həmin matçdan sonra Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunlarından birinin və avrokuboklara vəsiqə qazanacağı təqdirdə "Turan Tovuz"un ev oyunlarını Gəncə Şəhər Stadionundan keçirməsi gözlənilir.
Heybət
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
























.jpg)










