İdman
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Publika.az klubun rəsmi saytlna istinadən xəbər verir ki, Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “köhlən atlar”a transfer olunub.
Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandamızda 23 nömrəli formanı geyinəcək.
“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.
-
İdman21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı














.jpg)

















