İdman
FİFA DÇ-2026-nın finalının bilet qiymətlərini artırdı
FİFA 2026-cı il dünya çempionatının final oyunu üçün biletlərin qiymətlərini artırıb.
Publika.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq final oyunu üçün ən bahalı biletin qiyməti 10 990 dollar təşkil edir. Əvvəllər bu məbləğ 8 680 dollar idi.
Finalın ikinci kateqoriyalı biletləri indi 7 380 dollar (əvvəl 5 575), üçüncü kateqoriyalı biletlər isə 5 785 dollar (əvvəl 4 185) təşkil edir.
2026-cı il dünya çempionatının finalı iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada baş tutacaq. Mundialın final mərhələsində ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
Heybət
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək


























.jpg)












