İdman
Tramp rusiyalını nokaut edən braziliyalıya nə deyib?
Aprelin 11-dən 12-nə keçən gecə Mayamidə ABŞ prezidenti Donald Trampın izlədiyi UFC 327 turniri keçirilib.
Publika.az xəbər verir ki, turnirin əsas qarşılaşmasında braziliyalı Paulo Kosta rusiyalı Azamat Murzakanovu nokautla məğlub edərək ona karyerasında ilk məğlubiyyətini yaşadı.
Qələbəsindən sonra Kosta Trampa yaxınlaşıb əlini sıxdı. Kosta prezidentə etdiyi işlərə görə təşəkkür etdi. Tramp braziliyalıya təriflə cavab verdi: “Sən yaraşıqlı oğlansan və əla döyüşçüsən”. Kosta prezidentlə danışmağa davam edib, amma ingilis dili onun ana dili olmadığı üçün onu başa düşmək çətin olub.
Kostanın “model” sözünü dediyini eşidən Tramp ona deyib: “Sən model ola bilərsən, çox yaraşıqlısan. Döyüşçü olmaq üçün çox yaraşıqlısan, amma əsl döyüşçüsən. Təşəkkürlər, dostum”.
Tədbirdən sonra Kostadan görüş barədə soruşulub və o, jurnalistlərə deyib: “Biz onunla bir az söhbət etdik. Sonra o, şəxsi bir şey dedi, ona görə də hələlik bunu sirr saxlayacağıq. Bu, yalnız öz aramızdadır”.
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq














.jpg)




.jpg)

















