Sosial
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı yanğın-xilasetmə işlərinin təşkili” mövzusunda təlim keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlimin keçirilməsində əsas məqsəd dəmir yolu nəqliyyatında baş verə bilən qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi və yanğınla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu nəqliyyatında baş vermiş şərti qəza zamanı “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib, həmçinin yaranmış “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO







.jpg)
.jpg)
.jpg)











.jpg)



















