Yaxın Şərq
İranda növbəti edam: “Mossad agenti” kimi təqdim olunan etirazçı asıldı
İranda yanvar etirazlarının daha bir iştirakçısı barəsində çıxarılan ölüm hökmü icra edilib.
Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Edam edilən şəxs İsrailin “Mossad” kəşfiyyatı ilə əməkdaşlıqda və ölkədə baş verən kütləvi iğtişaşlarda iştirakda ittiham olunurdu.
Qeyd edək ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın kəskin ucuzlaşması və ağır iqtisadi vəziyyət fonunda başlayıb. Qısa müddətdə bütün ölkəni bürüyən aksiyalar kütləvi qarşıdurmalara çevrilib. İran hakimiyyəti isə hadisələrin arxasında ABŞ və İsrailin dayandığını bəyan edib.
2026-cı ilin mart ayından etibarən ölkədə etiraz iştirakçılarına qarşı edamların sayı sürətlə artıb. İran "Human Rights" təşkilatının məlumatına görə, mart ayından bəri azı 24 siyasi məhbus edam olunub. Onlardan ən azı doqquzu birbaşa yanvar etirazlarının iştirakçısı olub.
Edamlar ABŞ və İsrailin 2026-cı il fevralın 28-də İrana endirdiyi genişmiqyaslı zərbələrdən sonra baş verən gərginlik fonunda həyata keçirilir. Həmin vaxt ölkədə internet məhdudlaşdırılıb ki, bu da hadisələrlə bağlı məlumat əldə edilməsini çətinləşdirib.
Hüquq müdafiəçiləri bildirirlər ki, ölüm hökmləri inqilab tribunallarında keçirilən ədalətsiz məhkəmə proseslərindən sonra çıxarılır, etiraf ifadələri isə çox vaxt işgəncə yolu ilə alınır.
ABŞ-də fəaliyyət göstərən HRANA agentliyinin məlumatına əsasən, yanvar etirazları zamanı 5 min 858 nəfər həlak olub, 41 min 283 nəfər isə saxlanılıb.
Müəllif: Adəm
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı






.jpg)





























.jpg)

