İdman
Flik "Atletiko"dan UEFA nümayəndəsinə şikayət etdi - VİDEO
"Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyunundan öncə görüşün keçiriləcəyi “Metropolitano” stadionunda məşq edib.
Publika.az xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik meydanın vəziyyətindən narazı qalıb. "Mundo Deportivo"nun yazdığına görə, almaniyalı mütəxəssis UEFA nümayəndələrinə arenanın ot örtüyü ilə bağlı iradlarını bildirib. Fliki xüsusilə otun uzunluğu və mümkün quruluğu narahat edib.
Qeyd olunur ki, bu stadionun qazonu ilə bağlı şikayətlər ilk dəfə səslənmir. Bir çox qonaq komandalar da eyni problemi qeyd edib. Flik daha əvvəl də kubok oyununda komandasının 0:4 hesablı məğlubiyyətindən sonra meydanın keyfiyyətinin hər iki komandanın oyununa mənfi təsir etdiyini vurğulamışdı.
Bəzi azarkeşlər isə sosial şəbəkələrdə iddia edirlər ki, “Atletiko” qazonu bilərəkdən ideal vəziyyətdə saxlamır ki, rəqiblər hücum zamanı topa nəzarətdə çətinlik çəksinlər.
Heybət
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video















.jpg)

















