İdman
7 təcavüzdə ittiham olunan ulduz futbolçu məhkəmə qarşısına çıxdı
"Arsenal"ın sabiq müdafiəçisi Tomas Parti ona qarşı irəli sürülən iki yeni zorlama ittihamını qəbul etməyib.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Sautvark Kral Məhkəməsində 32 yaşlı qanalı futbolçu 2020-ci ilin dekabrında Londonda baş verdiyi iddia olunan iki zorlama epizodu ilə bağlı günahını inkar edib. Hakim yeni ittihamların futbolçu ilə bağlı əvvəlki işlərlə birləşdirilərək birgə baxılmasına razılıq verib. Yeni epizodların əlavə olunması səbəbindən əvvəlcədən noyabr ayına planlaşdırılan məhkəmə prosesinin yanvar ayına təxirə salına biləcəyi bildirilib.
Xatırladaq ki, ötən ilin iyulunda Partiyə 2020 və 2021-ci illərdə baş verdiyi ehtimal olunan 5 zorlama və 1 cinsi zorakılıq ittihamı irəli sürülmüşdü. O, həmin ittihamları da qəbul etmir. Beləliklə, futbolçu ümumilikdə 7 epizod üzrə günahını inkar edir.
Qeyd edək ki, qanalı yarımmüdafiəçi ötən yay "Arsenal"dan ayrılaraq azad agent kimi "Vilyarreal" klubuna qoşulub.
Heybət
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video















.jpg)

















