İdman
"Real"ın əfsanəsi vəfat etdi - FOTO
"Real"ın əfsanəvi futbolçusu Xose Emilio Santamariya 96 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, o, 1957-ci ildə Madrid klubuna qoşulub 9 mövsüm komandada çıxış edib. “Kral klubu”nun heyətində o, 337 oyuna çıxıb və 4 dəfə Avropa Çempionlar Kubokunu (1958, 1959, 1960, 1966), 1 dəfə qitələrarası Kuboku, 6 dəfə La Liqanı və 1 dəfə İspaniya Kral kubokunu qazanıb.
Santamariya tarixdə ilk dəfə Avropa Çempionlar Kubokunu ardıcıl olaraq bir neçə dəfə qazanan əfsanəvi komandanın bir hissəsi olub.
“Santamariya klubumuzun ən böyük simvollarından biri kimi yaddaşlarda əbədi qalacaq. O, madridli azarkeşlərin və dünyanın hər yerindəki futbolsevərlərin xatirəsində həmişə yaşayacaq bir komandanın parçası idi. Di Stefano, Puşkaş, Xento və Kopa ilə birlikdə bu komanda “Real”ın əfsanəsinin əsasını qoydu. Santamariya hər zaman klubumuzun dəyərlərini təmsil edirdi və son anına qədər “Real” onun həyatının ən böyük ehtirası olaraq qaldı”, – deyə “kral klubu”nun prezidenti Florentino Peres bildirib.
Heybət

-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ21 İyun 17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi













.jpg)




















