İdman
"Liverpul"un ulduzu DÇ-2026-nı buraxacaq
“Liverpul”un hücumçusu Uqo Ekitike UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı oyunun ilk hissəsində zədələnərək əvəzlənib.
Publika.az xəbər verir ki, fransalı futbolçu rəqib müdaxiləsi olmadan zədələnib. “Canal+”-un yaydığı məlumata görə, Ekitikenin zədəsi kifayət qədər ciddidir. O, klub mövsümünün qalan hissəsini buraxacaq və 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində çıxış etməyəcək.
Ulduz futbolçu sağ axilles vətərinin qismən və ya tamamilə yırtılıb-yırtılmadığını müəyyən etmək üçün hərtərəfli müayinədən keçəcək. Hər iki halda da zədə əməliyyat və geniş reabilitasiya tələb edəcək.
Qeyd edək ki, “Liverpul” doğma meydanda PSJ-yə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Arne Slotun komandası indi diqqətini İngiltərə Premyer Liqasında ilk dördlük uğrunda mübarizəyə yönəldəcək.
Heybət
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ21 İyun 17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi













.jpg)




















