İdman
"Barselona"nın futbolçusu əfsanənin rekordunu təkrarladı
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klub tarixində Niderland futbolçuları arasında bütün turnirlər üzrə ən çox oyun keçirənlərdən biri kimi rekordu təkrarlayıb.
Publika.az xəbər verir ki, bu hadisə Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya qarşı keçirilən cavab matçında (2:1) baş verib.
28 yaşlı futbolçunun “Barselona” forması ilə keçirdiyi oyunların sayı 292-yə çatıb. Eyni göstəriciyə əfsanəvi həmyerlisi Fillip Koku da imza atıb.
“Barselona” tarixində ən çox oyun keçirən niderlandlı futbolçuların ilk onluğu belədir:
292 – Frenki de Yonq
292 – Fillip Koku
264 – Ronald Kuman
257 – Patrik Klyuvert
255 – Mixael Raytsiger
214 – Frank de Bur
183 – Yohan Neskens
180 – Yohan Kroyf
154 – Covanni van Bronkhorst
144 – Rud Hesb
Heybət
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ21 İyun 17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi













.jpg)




















