İdman
Ulduz futbolçu rəsmən açıqladı: "Siti"dən ayrılır
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva mövsümün sonunda İngiltərə təmsilçisindən ayrılacağını rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu münasibətlə klub və azarkeşlərə vida məktubu paylaşıb.
“Şəhərlilər, buraya 9 il əvvəl gələndə həyatda uğur qazanmaq və böyük məqsədlərə çatmaq istəyən balaca bir oğlanın arxasınca gəlirdim. Bu şəhər və bu klub mənə gözlədiyimdən daha çoxunu verdi. Birlikdə qazandığımız uğurlar və titullar, bu miras həmişə qəlbimdə qalacaq. 100 xal topladığımız mövsüm, daxili "dördlük", trebl, ardıcıl dörd çempionluq və daha çoxu… Pis olmadı.
Bir neçə ay sonra həm klub olaraq çox şey qazandığımız, həm də ailə qurduğum və evliliyimə şahid olan bu şəhərlə vidalaşma vaxtı gələcək. Ürəkdən təşəkkür edirəm!
Azarkeşlər, illər boyunca göstərdiyiniz dəstək heç vaxt unudulmayacaq. Mənim əsas məqsədim həmişə meydanda ehtirasla oynamaq və sizi qürurlandırmaq olub. Ümid edirəm ki, bunu hər oyunda hiss etmisiniz. Mən “Mançester Siti”yə bir oyunçu kimi gəldim, amma klubun əbədi azarkeşi kimi ayrılıram.
Kluba, Pepə, heyətə və bütün komanda yoldaşlarıma bu 9 il üçün təşəkkür edirəm. Bu ailənin bir hissəsi olmaq mənim üçün böyük şərəf idi. Gəlin, bu son həftələrdən zövq alaq və bu mövsümün bizə verə biləcəyi uğurlar üçün mübarizə aparaq”, - deyə Silva "X "sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, 31 yaşlı portuqaliyalı futbolçu mövsümün sonunda azad agent kimi komandadan ayrılacaq.
Heybət
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
























.jpg)










