İdman
Anri Ardanı "göylərə qaldırdı" - Layiq olduğu tərifi almır
“CBS Sports” kanalında futbol eksperi kimi çalışan Tyerri Anri “Real”ın futbolçusu Arda Gülər haqqında danışıb.
Publika.az xəbər verir ki, “Arsenal”ın və Fransa millisinin əfsanəvi hücumçusu Çempionlar Liqasının 1/4 finalının “Bayern”lə cavab matçında (4:3) dubl edən türkiyəli yarımmüdafiəçi haqqında xoş sözlər səsləndirib:
“Arda Gülər möhtəşəm istedaddır! Başqa səviyyədə oynadı. Xüsusilə cərimə zərbəsindən vurduğu qol… İnanılmaz dərəcədə sakit idi. Oyunu vizyonlu və keyfiyyətli şəkildə idarə etdi. Arda Gülər layiq olduğu tərifi almır, məncə yetərincə qiymətləndirilmir. Halbuki elit səviyyədə çıxış edir.
Böyük gecələr məhz bunun üçündür. Arda sadəcə oynamır, məsuliyyət götürür. İki qol artıq hər şeyi deyir, üstəlik o cərimə zərbəsi… “Bayern” kimi rəqibə qarşı bunu etmək, o təzyiq altında belə oynamaq onun xarakteri haqqında hər şeyi göstərir. Gizlənmir, top istəyir və oyunun taleyini özü müəyyən edir.
Geri dönüş üçün inam lazımdır, amma eyni zamanda komandanı alovlandıracaq biri də olmalıdır. Bu da Arda Gülərdir. Gənc futbolçu bu tərzdə önə çıxanda artıq potensialdan yox, formalaşmış oyunçudan danışılır”.
-
İdman21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı













.jpg)

















