İdman
Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
“Nyukasl” 2025/26 mövsümündə uğursuz çıxış edir. Komanda İngiltərə Premyer Liqasının turnir cədvəlinin ortalarında qərarlaşıb.
Publika.az xəbər verir ki, "sağsağanlar" Çempionlar Liqasının 1/8 finalında “Barselona”ya iki oyunun cəmində (ümumi hesabla 2:7) uduzaraq mübarizəni dayandırıb.
Komandanın kapitanı Kiran Trippyerin şəxsi həyatında da sabitlik yoxdur. O, mövsümün sonunda "Nyukasl"dan ayrılmağa qərar verib. Bununla belə özünə yeni sevgili tapıb Tanış olun, Kelani Uebster.

Bir müddət əvvəl Trippyer ailəli idi. O, 2016-cı ildə Şarlotta ilə evlənmişdi və cütlüyün bir oğlu, iki qızı var idi. Lakin 2025-ci ildə futbolçu boşandıqlarını açıqlayıb.
"Sarı mətbuat" futbolçunun teleaparıcı Xloi Ferri ilə münasibətdə olduğunu yazırdı. Hazırda isə onun həyatında yeni biri – Kelani Uebster var.

Kelani 2004-cü ildə anadan olub və Trippyerdən 14 yaş kiçikdir. O doğulduğu vaxt Trippyer artıq “Mançester Siti” akademiyasında məşq edirdi və bir neçə il sonra İngiltərə gənclər kubokunu qazandı.
Kelani Uebsterin fəaliyyəti ilə bağlı isə qeyd olunur ki, o, lap-dansla peşəkar şəkildə məşğuldur. Sadə dillə desək, bu, striptiz rəqs növüdür. Bundan əlavə, onun "OnlyFans" platformasında da hesabı var.








-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü













.jpg)



















