İdman
Argentinadan Messinin məhkəməyə verilməsinə reaksiya gəldi
Argentina Futbol Assosiasiyası (AFA) promouter şirkət VID tərəfindən həm quruma, həm də Lionel Messiyə qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Publika.az xəbər verir ki, bu barədə assosiasiyanın "TMZ Sports" tərəfindən yayımlanan bəyanatında bildirilib.
“AFA müvafiq razılaşmalar üzrə bütün öhdəliklərini tam şəkildə yerinə yetirib. Buraya 2025-ci ilin oktyabrında Argentina millisinin hər iki oyunda iştirakı da daxildir”.
Tərəflər arasında razılaşmaya əsasən, Messi Venesuela və Puerto-Riko yığmalarına qarşı keçirilən hər iki yoldaşlıq görüşündə ən azı 30 dəqiqə meydanda olmalı idi. Argentinalı futbolçu yalnız ikinci qarşılaşmada tam oyun keçirib.
VID AFA-ya qarşı məhkəməyə müraciət edərək iddia qaldırmışdı. İddianın mahiyyəti ondan ibarət idi ki, Messi müqavilədə nəzərdə tutulmasına baxmayaraq, Venesuela millisinə qarşı yoldaşlıq oyununda meydanda yer almayıb.
Heybət
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü













.jpg)



















