İdman
Viktoriya Bekhem ailəsindəki qalmaqaldan danışdı
Əfsanəvi futbolçu və "İnter Mayami"nin prezidenti Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem ilk dəfə ictimai şəkildə böyük oğlu Bruklinlə ailədaxili gərginlik barədə danışıb.
Publika.az xəbər verir ki, o, həyat yoldaşı ilə birlikdə həmişə övladlarını qorumağa və sevməyə çalışdıqlarını bildirib. "The Wall Street Journal"a verdiyi müsahibədə "Spice Girls" qrupunun 51 yaşlı keçmiş üzvü vəziyyətə ehtiyatla münasibət bildirib.
O, oğlunun adını birbaşa çəkməsə də, davam edən ailə münaqişəsinə ilk dəfə dolayı şəkildə toxunub:
“Düşünürəm ki, biz həmişə uşaqlarımızı çox sevirik. Həmişə bacardığımız ən yaxşı valideyn olmağa çalışmışıq.
Biz artıq 30 ildən çoxdur ki, ictimaiyyətin diqqətindəyik və hər zaman etdiyimiz yeganə şey uşaqlarımızı qorumaq və sevmək olub. Bu barədə demək istədiyim əsas şey budur”.
Məqalədə qeyd olunur ki, Viktoriya suallara cavab verərkən Bruklinin adını çəkməkdən yayınsa da, ona bununla bağlı birbaşa sual verilib.
27 yaşlı Bruklin isə yanvar ayında sosial şəbəkələrdə sərt bəyanat yayaraq valideynləri ilə münasibətləri bərpa etmək niyyətində olmadığını və onların həyatının böyük hissəsini nəzarətdə saxladığını iddia etmişdi.
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü













.jpg)



















